Keçmiş məhkumlardan 18 kq narkotik götürüldü 

14:55 06.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad Rayon Polis Şöbəsi narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.

Hafta.az xəbər verir ki, tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 35 yaşlı Ruslan Quliyev və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 18 kiloqram marixuana və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.